AZ

Polisə zəng edib İsrail səfirliyini yandıracam demişdi Hökm

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda İsrail səfirliyini yandırmaqla bağlı polisə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Ulfan Əliyevə hökm oxunub.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilib.

Hökmə əsasən, Ulfan Əliyevə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məlumata görə, 35 yaşlı Ulfan Əliyev bu ilin yanvarında Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək İsrail səfirliyini yandıracağını və polis idarəsinə bomba qoyacağını deyib.

O, zəng zamanı səfirliyin qarşısında 20 metr məsafədə dayanaraq “əlinə lopa alıb” səfiri yandıracağını və səfirliyin qarşısında özünü də yandırmaq niyyətində olduğunu da bildirib.

Urfan Əliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə yekun ittiham elan olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
12
globalinfo.az

10Mənbələr