AZ

Renat Dadaşovun komandası səfərdə ağır zərbə alıb

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Motor" "Poqon"un qonağı olub.

Ekstraklasanın 2-ci turu çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Hesabı "Motor" açsa da, "Poqon" 4 dəfə fərqlənib - 4:1. Bu görüşə start heyətində başlayan Renat 58-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Dadaşovun komandası iki turdan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb. "Motor" növbəti turda öz meydanında "Yaqelloniya" ilə qarşılaşıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
1
icma.az

7Mənbələr