ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
QOL.az xəbər verir ki, onun çıxış etdiyi "Motor Lüblin" Ekstraklasanın 2-ci turunda "Poqon"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətində başlayan Renat 58-ci dəqiqədə - hesabda 1:3 geridə olduqları vaxt əvəzlənib.
Qeyd edək ki, Dadaşovun komandası iki turdan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.