AZ

Millimizin üzvü oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

Bizim.Media xəbər verir ki, onun çıxış etdiyi “Motor” Ekstraklasanın 2-ci turunda “Poqon”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça start heyətində başlayan Renat 58-ci dəqiqədə – hesabda 1:3 geridə olduqları vaxt əvəzlənib.

Dadaşovun komandası 2 turdan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
67
3
bizim.media

7Mənbələr