AZ

2028-ci ildə ABŞ prezidenti postuna bu şəxs namizəd ola bilər

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində dövlət başçısı postuna namizəd ola bilər.

Redaktor.az xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində bildirib.

“Məncə, Cey Di əla namizəd olardı”, – deyə o qeyd edib.

Rubiodan həmçinin 2028-ci ildə özü prezidentliyə namizəd olmaq niyyətində olub-olmadığı soruşulub.

“Heç vaxt bilmək olmur ki, gələcək nə gətirəcək. Heç nəyi istisna etmirəm”, – deyə Rubio cavab verib.

O əlavə edib ki, hazırda tamamilə Dövlət Departamentindəki vəzifəsinə fokuslanıb:

“Mən bu işlə prezident mənə icazə verdiyi müddət ərzində məşğul olmaq istəyirəm. Hesab edirəm ki, işləməyə davam etsək, vətənimə yaxşı xidmət etmiş olacağam”.

Seçilən
89
11
redaktor.az

10Mənbələr