ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində dövlət başçısı postuna namizəd ola bilər.
APA xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində bildirib.
“Məncə, Cey Di əla namizəd olardı”, – deyə o qeyd edib.
Rubiodan həmçinin 2028-ci ildə özü prezidentliyə namizəd olmaq niyyətində olub-olmadığı soruşulub. “Heç vaxt bilmək olmur ki, gələcək nə gətirəcək. Heç nəyi istisna etmirəm”, – deyə Rubio cavab verib. O əlavə edib ki, hazırda tamamilə Dövlət Departamentindəki vəzifəsinə fokuslanıb: “Mən bu işlə prezident mənə icazə verdiyi müddət ərzində məşğul olmaq istəyirəm. Hesab edirəm ki, işləməyə davam etsək, vətənimə yaxşı xidmət etmiş olacağam”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.