ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens 2028-ci ildə keçiriləcək prezident seçkilərində dövlət başçısı postuna namizəd ola bilər.
Viral.az xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalına müsahibəsində bildirib.
“Məncə, Cey Di əla namizəd olardı”, – deyə o qeyd edib.
Son Yazılar:
- 2028-ci ildə ABŞ prezidenti postuna bu şəxs namizəd ola bilər
- Tovuzda baltalanan qadın öldü – qardaşı şübhəli bilinir
- Türkiyə bu ölkə ilə müdafiə sənayesinin ən böyük müqaviləsini İMZALADI
Rubiodan həmçinin 2028-ci ildə özü prezidentliyə namizəd olmaq niyyətində olub-olmadığı soruşulub.
“Heç vaxt bilmək olmur ki, gələcək nə gətirəcək. Heç nəyi istisna etmirəm”, – deyə Rubio cavab verib.
O əlavə edib ki, hazırda tamamilə Dövlət Departamentindəki vəzifəsinə fokuslanıb:
“Mən bu işlə prezident mənə icazə verdiyi müddət ərzində məşğul olmaq istəyirəm. Hesab edirəm ki, işləməyə davam etsək, vətənimə yaxşı xidmət etmiş olacağam”.