Xəzər dənizinin Sumqayıt sahilində faciəvi hadisə baş verib.
Azreform.info APA-ya istinadən xəbər verir ki, 15 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşib.
Onlardan biri sudan çıxmağı bacarıb. Digərinə kömək etmək istəyən şəxs isə onunla birlikdə boğulub.
2009-cu il təvəllüdlü Cabbarov Əli və ona yardım etməyə çalışan şəxs həyatını itirib. Hazırda onların axtarışları davam etdirilir.