AZ

Sumqayıtda dənizdə iki nəfər boğulub

Xəzər dənizinin Sumqayıt sahilində faciəvi hadisə baş verib.

Hakimiyyet.az APA-ya istinadən xəbər verir ki, 15 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşib.

Onlardan biri sudan çıxmağı bacarıb. Digərinə kömək etmək istəyən şəxs isə onunla birlikdə boğulub.

2009-cu il təvəllüdlü Cabbarov Əli və ona yardım etməyə çalışan şəxs həyatını itirib. Hazırda onların axtarışları davam etdirilir.

Seçilən
24
15
hakimiyyet.az

10Mənbələr