AZ

Azərbaycanın pambıq ipliyinin ixracından gəlirləri 16%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac edilmiş pambıqipliyinin miqdarı 5 min 418 ton olub.

Trend-inDövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bumiqdarda məhsul ixracından əldə olunan gəlirin həcmi 12,9 milyonABŞ dolları olub.

Pambıq ipliyi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, miqdarifadəsi ilə 1 123 ton və ya 26,1%, dəyər ifadəsi ilə 1,8 milyon ABŞdolları, yaxud da 16,2% artıb.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan ixracedilən pambıq ipliyinin miqdarı 4 min 295 ton, dəyəri isə 11,1milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, hesabat dövründə ixrac edilən pambıq ipliyininümumi ixracda payı 0,1%, qeyri-neft sektoru üzrə ixracda payı isə0,74% olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanxarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın,11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.

Seçilən
70
38
az.trend.az

10Mənbələr