Sea Breeze

2025-ci ilin ilk yarısında Azərbaycandan 29,5 min ton şəkər ixrac olunub.

BAKU.NEWS Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan ölkəyə 21 milyon ABŞ dolları həcmində gəlir daxil olub.

Bu göstəricilər, ötən ilin eyni dövrü ilə müqayisədə şəkər ixracında həm miqdar, həm də dəyər baxımından ciddi artımın olduğunu göstərir. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında ixrac olunan şəkərin həcmi 17,7 min ton, dəyəri isə 13,6 milyon dollar idi. Nəticədə, cari ildə miqdar ifadəsində artım 11,8 min ton (66,7%), dəyər ifadəsində isə 7,4 milyon dollar (54,4%) təşkil edib.

Şəkər ixracı 2025-ci ilin birinci yarısında ölkənin ümumi ixracının 0,16%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 1,2%-ni təşkil edib.

Eyni dövrdə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 24,4 milyard ABŞ dollarına çatıb. Bunun 12,878 milyard dolları ixracın, 11,522 milyard dolları isə idxalın payına düşüb. Ümumi ixracda ötən illə müqayisədə cüzi, 0,2%-lik azalma, idxalda isə əhəmiyyətli, 29,9%-lik artım qeydə alınıb.

Bu göstəricilərin fonunda 2025-ci ilin ilk altı ayı üzrə xarici ticarət balansında 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Lakin bu, 2024-cü ilin eyni dövründəki göstəricidən üç dəfə aşağıdır.

ETX
ETX
ETX