Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı 1 kişi, 5 qadın və 2 yaşlı oğlan uşağı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Qəzaya düşən şəxslərin hamısının eyni ailənin üzvləri və yaxınları olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.