Yevlaxın Xaldan qəsəbəsi yaxınlığında baş vermiş yol-nəqliyyat hadiəsi nəticəsində bir ailənin üzvləri xəsarət alıblar.
Bakues.az xəbər verir ki, “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı 1 kişi, 5 qadın və 2 yaşlı oğlan uşağı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Qəzaya düşən şəxslərin hamısının eyni ailənin üzvləri və yaxınları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.