Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbs müddəti uzadılıb.
Viral.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.
Məhkəmənın qərarına əsasən, Nicat Hüseynovun həbs müddəti 2 ay müddətinə uzadılıb.
Son Yazılar:
- DTX-nin həbs etdiyi məmurun həbs müddəti uzadıldı
- Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasını istəyir
- Yevlaxda maşın aşdı – 7 nəfər xəsarət aldı
Qeyd edək ki, Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov DTX tərəfindən bu ilin martın 4-də şübhəli şəxs qismində saxlanılıb və DTX tərəfindən ona qarşı AR Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.