AZ

DTX-nin həbs etdiyi Hüseynov barəsində yeni - QƏRAR

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilən Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbs müddəti uzadılıb.

"Cebheinfo.az" Oxu.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.

Məhkəmə iş üzrə əlavə sübutların toplanmasının zəruriliyini nəzərə alaraq, Nicat Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 2 ay uzadılmasına qərar verib.

Qeyd edək ki, Nicat Hüseynov DTX tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, 4 ay əvvəl Dövlət Turizm Agentliyində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Agentliyin bir sıra vəzifəli şəxsləri vəzifələrindən uzaqlaşdırılıb və qanunsuz əməllərlə bağlı DTX tərəfindən cinayət işi başlanılıb.

"Cebheinfo.az" 

Seçilən
40
14
cebheinfo.az

10Mənbələr