AZ

Dövlət Turizm Agentliyinin əməkdaşının həbs müddəti uzadıldı

 

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynovun həbs müddəti uzadılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bu gün Səbail Rayon Məhkəməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qərar qəbul edib.

Məhkəmənın qərarına əsasən, Nicat Hüseynovun həbs müddəti 2 ay müddətinə uzadılıb.

Qeyd edək ki, bu il martın 4-də Prezident İlham Əliyevin  Sərəncamı ilə  Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib. Agentliyin bir sıra vəzifəli şəxsləri, o cümlədən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifələrindən uzaqlaşdırılıb.

Həmin gün Dövlət Turizm Agentliyi Aparatının əməkdaşı Nicat Hüseynov DTX tərəfindən şübhəli şəxs qismində saxlanılıb və DTX tərəfindən ona qarşı AR Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
48
4
heftelik.az

10Mənbələr