AZ

Kamçatkada 1952 ci ildən bəri ən güclü zəlzələ olub: Sunami təhlükəsi elan edilib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Rusiya və qonşu Yaponiyanın hakimiyyət orqanları sakinləri sahil zonasını tərk etməyə çağırıblar. Artıq bir neçə nəfər xəsarət alıb, hələ ki itki yoxdur.

Kamçatka diyarının hakimiyyət orqanları güclü afterşoklardan sonra idarə və xidmətlərin hərəkətlərini əlaqələndirmək üçün regional qərargah yaradıb.

Qeyd olunur ki, sunami dalğası nəticəsində Saxalin vilayətinin Severo-Kurilsk limanı və balıqçılıq müəssisəsi su altında qalıb.

Bundan əlavə, ABŞ-nin Kaliforniya və Oreqon ştatlarında sunami təhlükəsi elan edilib.

Mütəxəssislərin fikrincə, Kamçatkada baş verən zəlzələdən sonra güclü afterşok prosesi gedir və bir ay ərzində maqnitudası 7.5-ə çatan afterşoklar olacaq.

Yaponiya Meteorologiya İdarəsi qeyd edib ki, Kamçatka bölgəsində baş verən zəlzələnin gücünü onunla qiymətləndirmək olar ki, hətta Kamçatkadan uzaqda yerləşən Yaponiyanın şimalında da 2 bal gücündə təkanlar hiss olunub.

Yaponiyanın özünümüdafiə qüvvələri Kamçatkada baş verən zəlzələdən sonra sunaminin hazırda Yaponiya sahillərinə doğru hərəkət etdiyi Sakit Okean üzərindəki vəziyyəti izləmək üçün döyüş təyyarələri, patrul təyyarələri və helikopterlər göndərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
46
oxu.az

10Mənbələr