AZ

Fransız Polineziyasında sunami təhlükəsi elan edildi

Kamçatkada baş verən zəlzələdən sonra Fransız Polineziyasının bir hissəsində sunami təhlükəsi elan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın Dənizaşırı Ərazilər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.

“Zəlzələdən sonra Fransız Polineziyasının Markiz adalarında sunami xəbərdarlığı elan edilib”, – məlumatda qeyd olunub.

Yerli sakinlərə təhlükəsizlik tədbirlərinə riayət etmək və təxliyəyə hazır olmaqla bağlı çağırış edilib.

Adalar Sakit okeanın mərkəzi hissəsində yerləşir.

Seçilən
103
4
konkret.az

10Mənbələr