AZ

Donald Tramp bəzi bölgələri sunami təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp Alyaska, Havay və ABŞ-ın Sakit okean sahilləri üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki,  bu haqda Amerika lideri "Truth Social" platformasında yazıb.

“Sakit okeanda baş verən güclü zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı Havay adalarının bütün sakinləri üçün qüvvədədir. ABŞ-ın Alyaska və Sakit okean sahilləri sunami təhlükəsi altındadır. Yaponiya da təhlükə altındadır”, – deyə o qeyd edib.

Bundan əvvəl Havay adasının paytaxtı Honolulu şəhərinin yerləşdiyi Oahu adasının hakimiyyəti yerli sakinləri sahilyanı əraziləri təxliyə etməyə çağırıb. ABŞ Sahil Mühafizəsi Kamçatkada baş verən güclü zəlzələnin yaratdığı sunami təhlükəsi ilə əlaqədar Havay ştatında lövbər salmış bütün gəmilərə limanları tərk etməyi əmr edib.

Yaponiyada 30-50 sm hündürlüyündə dalğalar qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.

Seçilən
110
2
operativmedia.az

10Mənbələr