AZ

Kamçatkada zəlzələ baş verib: Yaponiya, Alyaska və Havay sunami təhlükəsi elan edilib

ABŞ və Yaponiya Rusiyanın şərq sahillərində baş verən güclü zəlzələdən sonra sunami xəbərdarlığı elan ediblər. Bu barədə Bloomberg xəbər verir.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, çərşənbə günü səhər yerli vaxtla Kamçatka yarımadasındakı Petropavlovsk-Kamçatski şəhərinin cənub-şərqində 8,7 bal gücündə zəlzələ baş verib.

Milli Meteoroloji Xidmətin Sunami Xəbərdarlığı Sistemindən bildiriblər ki, "Havay ştatının bütün adalarının sahil xətlərinə ziyan vura biləcək sunami yaranıb".

Sakinlərdən həyat və əmlakı qorumaq üçün təcili tədbirlər görməyə çağırılır.

Xidmət həmçinin ABŞ və Kanadanın bütün qərb sahilləri, həmçinin Aleut adaları, Quam, Filippin, Rusiya və Yap və Marşal adaları da daxil olmaqla bəzi Sakit okean adaları üçün sunami xəbərdarlığı edib.

Yaponiyanın ictimai yayımı NHK insanları sahili evakuasiya etməyə çağırıb.

Yayımçı Yaponiyanın şimalındakı Miyaqi prefekturasının Matsusima sahil bölgələrindən çıxan avtomobilləri göstərib. Milli Meteoroloji Xidmət Yaponiyanın bəzi bölgələrində 3 metr (10 fut) hündürlüyündə dalğaların yarana biləcəyini bildirib.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ildə baş verən fəlakətli sunami zamanı dalğaların hündürlüyü demək olar ki, 40 metrə çatmışdı.

Xatırladaq ki, iyulun 30-da səhər Kamçatka yarımadasında 7,9 bal gücündə zəlzələ baş verib. Severo-Kurilsk şəhərində uşaq bağçasına ziyan dəyib, bölgədə də sunami təhlükəsi elan edilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bunlar son onilliklərdə regionda baş verən ən güclü təkanlardır.

Əlavə edək ki, sonuncu analoji güclü zəlzələ 2024-cü ilin avqustunda Kamçatkada baş verib. Daha sonra yeraltı təkanların maqnitudası 7,2 bal olub, daha sonra Şiveluç vulkanının püskürməsi başlayıb.

Əziz MUSTAFA

Seçilən
45
46
oxumeni.az

10Mənbələr