AZ

Dünya bazarlarında neftin qiyməti 73 dollara yaxınlaşıb

Dünya enerji bazarlarında neftin qiyməti 73 dollara yaxınlaşıb.
 
Nyu-Yorkun NYMEX birjasında sentyabr fyuçersləri üzrə WTI markalı xam neftin bir bareli 0,03 ABŞ dolları və ya 0,04% artaraq 69,24 dollara bərabər olub.
 
Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçersləri isə 0,12 dollar və ya 0,17% bahalaşaraq 72,63 dollar təşkil edib.
 
Qiymətlərdəki bu cüzi artım FED-in faiz qərarı öncəsi bazarlarda ehtiyatlı optimizmlə və qlobal tədarükdə ciddi dəyişiklik gözlənilməməsi ilə əlaqələndirilir. Analitiklər qeyd edirlər ki, neft qiymətləri son günlər əsasən dar diapazonda ticarət olunur.
Seçilən
33
7
moderator.az

8Mənbələr