AZ

Dünya bazarlarında neftin qiyməti artıb

30 iyul 2025-ci il tarixində dünya birjalarında neft qiymətləri cüzi artım nümayiş etdirib.

Finss.az xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında sentyabr fyuçersləri üzrə WTI markalı xam neftin bir bareli 0,03 ABŞ dolları və ya 0,04% bahalaşaraq 69,24 dollar olub.

Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,12 dollar və ya 0,17% artaraq 72,63 dollara çatıb.

Qiymətlərdəki bu zəif dinamika ABŞ Federal Ehtiyat Sisteminin (FED) gözlənilən faiz qərarı öncəsində investorların ehtiyatlı davranışı və qlobal tədarükdə ciddi dəyişiklik ehtimalının aşağı olması ilə əlaqələndirilir.

Analitiklər bildirirlər ki, neft bazarlarında son günlər ərzində qiymətlər əsasən dar diapazonda dəyişir.

Seçilən
6
7
fins.az

8Mənbələr