Operativ MM saytına istinadən ain.az xəbər verir.
Beynəlxalq bazarlarda neftin qiyməti ucuzlaşmaqda davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" ticarət məlumatlarına istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin oktyabr fyuçerslərinin qiyməti 28 iyul 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 69 dollar həddindən aşağı düşüb.
Birja göstəricilərinə əsasən, Brent markalı neftin bir barelinin qiyməti 0,46% azalaraq 68,98 dollar təşkil edib.
Daha sonra qiymət enişi sürətlənib və Brent fyuçersləri bir barel üçün 68,75 dollara (-0,79%) ticarət olunub.
Eyni vaxtda, WTI markalı xam neftin sentyabr fyuçersləri də ucuzlaşıb. Qiymət 1,28% azalaraq bir barel üçün 66,36 dollar səviyyəsinə düşüb.
Qeyd edək ki, qiymətlərin aşağı düşməsinə təsir edən amillər sırasında qlobal tələbatın zəifləməsi, ABŞ-da ehtiyat səviyyələrinin dəyişməsi və Çin iqtisadiyyatına dair mənfi proqnozlar əsas rol oynayır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.