AZ

Azərbaycanda da satılan bu dərman insanları riskə sövq edirmiş

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Parasetamol qəbul edənlər daha riskli davranışlar göstərə bilər.

Globalinfo.az Milli.Az-a istinadən xəbər verir ki, ABŞ-də aparılan araşdırma parasetamolun insanların riskə yanaşmasına təsir etdiyini ortaya çıxarıb. Ohio Dövlət Universitetinin alimləri müəyyən edib ki, bu ağrıkəsici dərmanı qəbul edən şəxslər qərar vermə zamanı daha çox riskə gedirlər.

Tədqiqatda iştirakçılara kompüter simulyasiyasında riskli seçimlər təqdim olunub. Parasetamol qəbul edənlər, digərləri ilə müqayisədə daha cəsarətli davranışlar nümayiş etdiriblər. Alimlər bunu dərmanın qorxu və narahatlıq hissini azaltması ilə izah edir.

Araşdırma müəllifləri qeyd edir ki, parasetamol yalnız fiziki deyil, emosional təsirlərə də malikdir və bu, bəzi hallarda şəxsi münasibətlərə belə təsir göstərə bilər.

Qeyd edək ki, parasetamol ötən gün Azərbaycanda geri çağırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
15
globalinfo.az

10Mənbələr