AZ

Parasetamolla bağlı daha bir TƏHLÜKƏ – Bu dərman insanları RİSKƏ atır

Parasetamol qəbul edənlər daha riskli davranışlar göstərə bilər.

Bizim.Media xəbər verir ki, ABŞ-də aparılan araşdırma parasetamolun insanların riskə yanaşmasına təsir etdiyini ortaya çıxarıb.

Ohio Dövlət Universitetinin alimləri müəyyən edib ki, bu ağrıkəsici dərmanı qəbul edən şəxslər qərar vermə zamanı daha çox riskə gedirlər.
 

Tədqiqatda iştirakçılara kompüter simulyasiyasında riskli seçimlər təqdim olunub. Parasetamol qəbul edənlər, digərləri ilə müqayisədə daha cəsarətli davranışlar nümayiş etdiriblər.


Alimlər bunu dərmanın qorxu və narahatlıq hissini azaltması ilə izah edir.
 

Araşdırma müəllifləri qeyd edir ki, parasetamol yalnız fiziki deyil, emosional təsirlərə də malikdir və bu, bəzi hallarda şəxsi münasibətlərə belə təsir göstərə bilər.


Qeyd edək ki, parasetamol ötən gün Azərbaycanda geri çağırılıb. (Milli.Az)

Bizim.Media

Seçilən
27
15
bizim.media

10Mənbələr