AZ

Bu dərman insanları riskə sövq edirmiş - Azərbaycanda da satılır

Parasetamol qəbul edənlər daha riskli davranışlar göstərə bilər.

ABŞ-də aparılan araşdırma parasetamolun insanların riskə yanaşmasına təsir etdiyini ortaya çıxarıb. Ohio Dövlət Universitetinin alimləri müəyyən edib ki, bu ağrıkəsici dərmanı qəbul edən şəxslər qərar vermə zamanı daha çox riskə gedirlər.

Tədqiqatda iştirakçılara kompüter simulyasiyasında riskli seçimlər təqdim olunub. Parasetamol qəbul edənlər, digərləri ilə müqayisədə daha cəsarətli davranışlar nümayiş etdiriblər. Alimlər bunu dərmanın qorxu və narahatlıq hissini azaltması ilə izah edir.

Araşdırma müəllifləri qeyd edir ki, parasetamol yalnız fiziki deyil, emosional təsirlərə də malikdir və bu, bəzi hallarda şəxsi münasibətlərə belə təsir göstərə bilər.

Qeyd edək ki, parasetamol ötən gün Azərbaycanda geri çağırılıb. (Milli.Az)

Seçilən
29
15
turkustan.az

10Mənbələr