AZ

Azərbaycan Suriyanın qaz nəqli şəbəkəsinə qoşulmaqla Livan, İordaniya və Misirə də mavi yanacaq ixrac edə bilər – RƏY

Türkiyənin Kilis şəhərində avqustun 2-də mühüm tarixi hadisə yaşandı, ilk dəfə Azərbaycan təbii qazının dost, qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına başladı.

Bunu “Report”a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, bu mühüm hadisə təkcə Azərbaycanın enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlığında yeni səhifə olacaq:

“Türkiyə vasitəsilə Suriyaya çatdırılan Azərbaycan qazı əsasən elektrik enerjisi istehsalı üçün istifadə olunacaq. Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir”.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycan təbii qazı yeni bazara daxil olur, ölkənin enerji strategiyası yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsinə hesablanıb.

“Azərbaycanın çoxşaxəli siyasəti regionda yeni enerji xəritəsinin formalaşmasına təkan verir. Hazırda Azərbaycan qazı əsasən Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələrinə ixrac edilir. Göründüyü kimi, Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni bazarlara çıxışda maraqlıdır. Yeni tərəfdaşlar, dostlar qazanan ölkəmiz malik olduğu resurslara söykənərək gündəmə gətirdiyi hər bir layihəni birgə səylər əsasında uğurla reallığa çevirir”.

Deputat vurğulayıb ki, qaz ixracının coğrafiyasının genişləndirilməsi, perspektivli ixrac istiqaməti kimi Yaxın Şərq regionunun da nəzərdən keçirilməsi özündə mühüm məqamları ehtiva edir.

“Türkiyə vasitəsilə Suriyaya ixrac yeni istiqamətdir. Ölkəmiz Suriyanın qaz nəqli şəbəkəsinə qoşulmaqla Livan, İordaniya və Misirə də mavi yanacaq ixrac edə bilər”, - o deyib.

Seçilən
66
8
report.az

10Mənbələr