Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
Futbolpress.az xəbər verir ki, mərasim saat 14:00-da başlayacaq. Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi məlum olacaq.
“Qarabağ” III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda olacaq.