AZ

“Qarabağ”ın ÇL-də pley-offa yüksələcəyi təqdirdə potensial rəqibi BƏLLİ OLACAQ

Bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin püşkü atılacaq.

KONKRET.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

“Qarabağ” 3-cü raundda “Şkendiya”nı keçəcəyi halda bu klublardan biri ilə qarşılaşa bilər: “Budyo Qlimt”, “Seltik”, “Malmö” – “Kopenhagen” cütünün qalibi, “Lex” – “Srvena Zvezda” cütünün qalibi, “Ludoqorets” – “Ferentsvaroş” cütünün qalibi.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda olacaq.

Xatırladaq ki, pley-off mərhələsinin oyunları avqustun 19/20-də və 26/27-də keçiriləcək.

Seçilən
13
4
konkret.az

9Mənbələr