AZ

Krım bombardman edildi – Rusiya ordusu ağır itki verdi

BAKI, 4 avqust. TELEQRAF

Ukrayna Təhlükəsizlik Xidmətinin Mərkəzi Kəşfiyyat İdarəsinin A pilotsuz təyyarələri Rusiyanın Qara dənizdəki əməliyyatlar üçün əsas aviabazası olan işğal olunmuş Krımdakı Saki hərbi aerodromuna zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, aerodroma endirilən zərbə nəticəsində aviasiya silahları üçün anbar vurulub. Bir ədəd Su-30SM təyyarəsi və üç ədəd Su-24 qırıcısı məhv edilib.

“Düşmən xeyli itki verib. Təkcə bir Su-30SM təyyarəsi orta hesabla 35-50 milyon dollara başa gəlir”, - qurum vurğulayıb.

Seçilən
28
2
teleqraf.com

3Mənbələr