AZ

Krım BOMBARDMAN edildi, rus ordusu AĞIR itki verdi

  Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Mərkəzi Kəşfiyyat İdarəsinin A pilotsuz təyyarələri Rusiyanın Qara dənizdəki əməliyyatlar

üçün əsas aviabazası olan işğal olunmuş Krımdakı Saki hərbi aerodromuna zərbələr endirib.

Qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, aerodroma endirilən zərbə nəticəsində Rusiyanın bir ədəd Su-

30SM təyyarəsi və üç ədəd Su-24 qırıcısı məhv edilib.

“Düşmən xeyli itki verib. Təkcə bir Su-30SM təyyarəsi orta hesabla 35-50 milyon dollara başa gəlir”, - qurum vurğulayıb.

SBU onu da bildirib ki, xüsusi əməliyyat nəticəsində aerodromda aviasiya silahları anbarı da vurulub

Seçilən
18
2
referans.az

3Mənbələr