AZ

Anar Məmmədli işində adı keçən Anar Abdullayev məhkəmə zalında həbs olunub

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldıraraq Anar Abdullayevin qaydalara əməl etmədiyini əsas gətirərək onun məhkəmə zalında həbs olunmasını istəyib.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. Anar Abdullayev məhkəmə zalında həbs olunub.

Daha sonra ittiham aktı elan edilib.

Hər iki təqsirləndirilən elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Növbəti iclas sentyabrın 22-ə təyin edilib.

Xatırladaq ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunurlar.

Seçilən
8
32
moderator.az

10Mənbələr