AZ

Anar Abdullayev həbs edildi

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı vəsatət qaldırıb.

O, Anar Abdullayevin polisin nəzarətinə vermə qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Dominos pizza

Prokuror vəsatətini təqsirləndirilən şəxsin seçilmiş qətimkan tədbiri qaydalarına əməl etmədiyini əsas gətirib və onun məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Anar Abdullayevin məhkəmədən müvəkkilinin anasının xəstə olmasını nəzərə alınmasını istəyib.

Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib.

Anar Abdullayev məhkəmə zalında həbs edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər.

Xatırlaqdaq ki, Anar Abdullayev Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 11 iyulda İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.

Proses sentyabrın 22-də davam etdiriləcək.

Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
9
yenisabah.az

10Mənbələr