AZ

Bakının bu ərazisində işıq olmayacaq

  Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bir sıra hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Referans-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsinin bəzi hissələrində

avqustun 5-də təmir işləri ilə əlaqədar güc artımı nəzərə alınıb, müəyyən yarımstansiyalarda təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Binə Atçılıq və Binə Bolluq adlanan yaşayış massivlərində elektrik

enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə

təmin olunacaq.

Seçilən
52
33
referans.az

10Mənbələr