AZ

Bakının Binə qəsəbəsində işıq kəsiləcək

Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bir sıra hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Ölkə.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsinin bəzi hissələrində avqustun 5-də təmir işləri ilə əlaqədar güc artımı nəzərə alınıb, müəyyən yarımstansiyalarda təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Binə Atçılıq və Binə Bolluq adlanan yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
44
19
olke.az

10Mənbələr