AZ

Binə qəsəbəsinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bakı, 5 avqust, AZƏRTAC

Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsinin bəzi hissələrində avqustun 5-də gücləndirmə işləri aparılacaq.

AZƏRTAC “Azərişıq” ASC-yə istinadla xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Binə Atçılıq və Binə Bolluq adlanan yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
30
19
azertag.az

10Mənbələr