AZ

Ağ Evdə Cənubi Qafqaz Zirvəsi

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzeti mənbələrə istinadla məlumat yayıb.

“Prezident Donald Tramp, uzun illərdir münaqişə vəziyyətində olan iki ölkə – Ermənistan və Azərbaycan arasında sülh sazişinə nail olmaq məqsədilə, cümə günü Ağ Evdə onların liderlərini qəbul edəcək,” – deyə nəşrdə bildirilir.

Mənbələrdən birinin sözlərinə görə, görüşün yekununda Əliyev və Paşinyan sülh sazişinin bağlandığını elan edə bilərlər.

İyulun 19-da, Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, Bakı ilə İrəvan sülh sazişinin imzalanmasına yaxındır.

2025-ci ilin mart ayında Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması barədə razılığa gəliblər. 17 maddədən ibarət sənəd qarşılıqlı olaraq sərhədlərin və ərazi bütövlüyünün tanınmasını nəzərdə tutur.

Seçilən
46
31
publika.az

10Mənbələr