AZ

"ABŞ regionda sabitliyin və davamlı təhlükəsizliyin yaranmasında maraqlıdır" - Politoloq

"Ağ Evdə prezidentlərin görüşü və veriləcək birgə bəyanat səbrsizliklə izlənilir. Ümid edək ki, bu görüşlər sülh prosesinə təkan verəcək və ilin sonunadək sazişi imzalamaq mümkün olacaq".

Bu fikirləri "Unikal"a açıqlamasında AMİP liderinin köməkçisi, politoloq Əli Orucov deyib. 

Onun fikrincə, İran və Rusiyadan fərqli olaraq Birləşmiş Ştatlar regionda sabitliyin və davamlı təhlükəsizliyin yaranmasında maraqlıdır: "Vaşinqton anlayır ki, Ermənistanla-Azərbaycan arasında diplomatik münasibətlər qurulmasa, sülh əldə edilməsə, kommunikasiya xətləri açılmasa onun Rusiya və İranı burdan çıxarması və möhkəmlənməsi praktik mümkün deyil. Moskva və Tehran Cənubi Qafqazda imtiyaz sahibi olmaq üçün koordinasıyalı fəaliyyətdədir. İstər İranlı rəsmisi Vilayətinin, istərsə də Rusiya XİN sözçüsü Zaxarovanın hədələyici bəyanatları və aqressiv ritorikaları İran və Rusiyanın  bölgədən asanlıqla getməyəcəklərindən xəbər verir. Demək, Azərbaycan da Ermənistan da sürprizlərə hazır olmalı və bunu gözardı etməməlidir".

Politoloq bildirib ki, Azərbaycan özünü və öz milli maraqlarını qorumaq iqtidarındadır: "Ancaq Ermənistan haqqında bunu söyləmək çox çətindir. Əgər Birləşmiş Ştatlar Ermənistana təzyiq göstərərsə müsbət nəticələr əldə oluna bilər. Bu təzyiq ilk növbədə Ermənistanın Konstitusiya dəyişikliklərinə getməsi, ATƏT MQ və onunla bağlı digər struktur qurumların  buraxılması, Zəngəzur dəhlizinin açılması barədə olmalıdır. Azərbaycana gəldikdə isə Birləşmiş Ştatlar təhlükəsizlik zəmanəti verməlidir. Çünki Bakı davamlı olaraq Tehranın və Moskvanın, həmçinin Parisin haqsız təzyiqlərinə məruz qalmaqdadır. Zəmanət verilməlidir ki, Ermənistan ölümcül hücum silahları ilə silahlanmadan imtina etməlidir. Əks halda sülh sazişinin heç bir mənası qalmır. Rusiya yaxud digər kənar güclərə  bağlı olan Ermənistan tərəfindən fürsət düşən kimi bu sülh sazişinin kağız parçasına çevrilməyəcəyinə qarantiya verilməlidir. Düzü mən düşünmürəm ki, liderlərlə keçirilən görüşlərdə Ermənistanla Azərbaycan arasında bütün köklü problemlərin həllini tapacağını gözləməsəm də, növbəti mərhələ üçün bu görüşlərin impuls verəcəyi düşüncəsindəyəm. Bu görüşün nəticəsi həm də Trampın sülhyaratma imici baxımından da əhəmiyyət daşıyır".

Seymur Əli

Seçilən
37
50
unikal.az

10Mənbələr