AZ

Putin onlara zəng etdi

Rusiya prezidenti Vladimir Putin Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

"Liderlər Rusiya-Özbəkistan əməkdaşlığı mövzusunu, ilk növbədə, ticarət-iqtisadi, enerji və mədəni-humanitar sahələrdə də müzakirə ediblər", - məlumatda qeyd olunub. 

Bundan əlavə, Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə də zəng edib. Rusiya lideri ona Ukrayna ilə münaqişənin həlli üzrə ABŞ ilə dialoqun gedişi, o cümlədən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşünün nəticələri barədə məlumat verib.

Gülayə Mecid 

Seçilən
39
50
unikal.az

10Mənbələr