Rusiya prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş gələn bazar ertəsi Romada baş tuta bilər.
Editor.az bu barədə Fox News-a istinadla xəbər verir.
“Mənbələr bildirir ki, Ukrayna sülh danışıqları üçün potensial məkan olaraq gələn həftənin əvvəlində Putin və Tramp arasında görüş Romada baş tuta bilər”,-deyə bildirilir.
Moskva və Vaşinqton Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş keçirmək barədə razılığa gəliblər. Görüş yaxın günlərdə, çox güman ki, gələn həftə baş tutacaq və məkan artıq müəyyənləşib. Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Kreml bu təmasların uğurlu və məhsuldar olacağına ümid edir.
//Gülnarə Abasova, Editor.az