Heç şübhəsiz Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri, bu səfər çərçivəsində Vaşinqtonda keçirilən görüşlər, sərgilənən davranışlar, aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycan diplomatiyasının tarixi uğuru olmaqla yanaşı, həm də dövlətimizin başçısının siyasi iradə və qətiyyətinin təntənəsi oldu. Bu səfərin detalları hələ uzun müddət beynəlxalq siyasətçilər tərəfindən incələnəcək, təhlil ediləcək, öyrəniləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.
O bildirib ki, Vaşinqton səfərində Prezident İlham Əliyev Azərbaycan ordusunun, xalqının və dövlətinin 44 gün ərzində döyüşdə qazandığı Zəfəri siyasi müstəvidə bir daha nümayiş etdirdi, dünyaya ədalətli müharibə aparmaq təcrübəsi göstərdi, indi də dünyaya ədalətli sülh dərsi verdi.
"Azərbaycan-ABŞ münasibətlərində keçmişin xoşagəlməz mirası olan 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində sərəncam imzalanması da bu səfərin mühüm uğurları sırasındadır. Təsadüfi deyil ki, avqustun 8-də Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində Prezident İlham Əliyev bu məsələyə xüsusi diqqət çəkdi. Bildirdi ki, “Azərbaycanın hazırda belə bir xarici dəstəyə, xarici yardıma ehtiyacı yoxdur. Bizim iqtisadiyyatımız sabitdir. Bizim, yəni, dövlətin xarici borcu ümumdaxili məhsulun 7 faizindən də aşağıdır. Biz özümüzü donor ölkəyə çevirmişik. Beləliklə, rəmzi bir xarakter daşıyan bu düzəliş ləğv olundu. Bu ədalətsizlik artıq aradan qaldırılıb və ədalət bərpa olunub. Bu, bizim üçün Prezident Tramp tərəfindən siyasi bir jest oldu”.
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən 907-ci düzəlişin ləğvi zamanı belə bir incə məqamı da xüsusilə qeyd etdi ki, “bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunu məhz öz ofisində mənim iştirakım ilə etməsi böyük bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi”.
10Mənbələr
-
xalqqazeti.azABŞ Prezidenti 33 illik ədalətsizliyə son qoydu ( 20293452)
-
xalqqazeti.azABŞ Prezidenti 33 illik ədalətsizliyə son qoydu ( 20293176)
-
azertag.azAzərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması Cənubi Qafqaz üçün yeni səhifə açıb – ŞƏRH ( 20244132)
-
azertag.azVaşinqton görüşü və ya Azərbaycanın bütün düşmənlərinin məğlub olduğu gün ŞƏRH ( 20228544)
-
azerbaijan-news.azVaşinqton görüşü və ya Azərbaycanın bütün düşmənlərinin məğlub olduğu gün ŞƏRH ( 20223384)
-
azertag.azVaşinqton görüşü və ya Azərbaycanın bütün düşmənlərinin məğlub olduğu gün ŞƏRH ( 20221848)
-
olaylar.azAzərbaycan diplomatiyası dünyada ən yüksək peşəkarlıq qabiliyyətini nümayiş etdirdi- ÖZƏL ( 20217006)
-
azertag.azPrezident İlham Əliyevin liderliyi: regionu yeni müharibələrdən qurtaran qətiyyət ŞƏRH ( 20209620)
-
azertag.azPrezident İlham Əliyevin liderliyi: regionu yeni müharibələrdən qurtaran qətiyyət ŞƏRH ( 20209575)
-
demokrat.azABŞ Prezidenti 907-ci düzəlişi ləğv etməklə müəyyən mesajlar verdi — ŞƏRH ( 20198925)