AZ

İsrail Ordusu: Özünü jurnalist kimi təqdim edən HƏMAS radikalı zərərsizləşdirilib

İsrailin Müdafiə Ordusu Qəzza şəhərində özünü Qətərin “Al Jazeera” telekanalının jurnalisti kimi təqdim edən Fələstinin radikal HƏMAS hərəkatının komandirini zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Bu yaxınlarda Qəzza şəhərində İsrail ordusu özünü "Al Jazeera" telekanalının jurnalisti kimi təqdim edən terrorçu Anas aş-Şərifə zərbələr endirib. Aş-Şərif HƏMAS təşkilatının heyətində terror qruplaşmasına rəhbərlik edib, İsrailin mülki əhalisinə və əsgərlərinə raket zərbələri endirməkdən məsul olub", - məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, ordu əvvəllər zərərsizləşdirilən şəxsin HƏMAS-ın hərbi qanadına aid olduğunu təsdiqləyən kəşfiyyat məlumatlarını və Qəzza zolağında tapılan çoxsaylı sənədləri yayıb. “Bu sənədlər onun "Al Jazeera" telekanalının uzaqlaşmağa çalışdığı terror fəaliyyətlərində iştirakını bir daha təsdiqləyir, kadrların və terrorçuların hazırlanması kurslarının siyahılarını, telefon məlumat kitabçalarını və terrorçunun maaşının çapını ehtiva edir”, - nazirlik davam edib. “Sənədlər həmçinin HƏMAS terrorçularının Qətərin Əl-Cəzirə şəbəkəsinə inteqrasiyasını təsdiqləyir”, - İsrail Ordusu bildirib.

Seçilən
57
50
report.az

10Mənbələr