HƏMAS nümayəndə heyəti İsraillə mümkün razılaşma ilə bağlı danışıqlar aparmaq üçün Qahirəyə gəlib.
"Report" xəbər verir ki, bu barədə "Al-Arabiyya" telekanalı məlumat yayıb.
Bildirilib ki, HƏMAS hərtərəfli sazişlə bağlı Misirə tələblərini təqdim edib. Məlumatda rəsmi Qahirənin də, öz növbəsində, HƏMAS-a hərtərəfli razılaşma üçün yeni təklif təqdim etdiyi vurğulanıb.
"HƏMAS girovların həyatını qoruyacağına söz verib və İsrailin razılaşdırılmış nöqtələrə geri çəkilməsi müqabilində özlərinin də döyüşçülərini geri çəkməyə hazır olduğunu ifadə edib", - telekanal bildirib.
Həmçinin İsrailin Qəzzanı işğal planını dayandırması və yenidən müharibə aparmayacağına dair beynəlxalq zəmanətlərlə yazılı anlaşma əldə edilməsi tələbləri də irəli sürülüb.