AZ

HƏMAS Misir ilə Qəzza zolağında atəşkəsin yollarını müzakirə edəcək

BAKI, 13 avqust. TELEQRAF

Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti 13 avqustda Qahirədə keçiriləcək görüşdə Qəzzada döyüş əməliyyatlarının dayandırılması yollarını müzakirə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, HƏMAS-ın Qəzzadakı lideri Xəlil əl-Hayyinin rəhbərlik etdiyi nümayəndə heyəti Misir rəsmiləri ilə danışıqlar aparmaq üçün Qahirəyə səfər edib. Görüşlər Qəzza zolağında atəşkəsin təmin edilməsi yollarına, humanitar yardımın gətirilməsinə və milli konsensusa nail olmaq üçün fələstinlilər arası münasibətlərə həsr olunacaq.

Seçilən
17
50
teleqraf.com

10Mənbələr