AZ

İraqda 600-dən çox zəvvar xlor qazından zəhərlənib

İraqın Nəcəf və Kərbəla şəhərlərini birləşdirən yolda sutəmizləyici qurğuda yaranan nasazlıq xlor qazının havaya sızmasına səbəb olub. 

Operativ Media xəbər verir ki, bu barədə "Arab News" məlumat yayıb. 

Bildirilib ki, nəticədə 600-dən çox zəvvar tənəffüs problemi ilə xəstəxanaya göndərilib.

"Onlar lazımi yardımı aldıqdan sonra xəstəxanadan buraxılıblar", - deyə məlumatda qeyd olunur.

Seçilən
99
50
operativmedia.az

10Mənbələr