AZ

Prezidentin təltif etdiyi Vladimir Fekete kimdir? - DOSYE

Prezident İlham Əliyev yepiskop Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib.

Ölkə.Az V.Feketenin dosyesini təqdim edir:

Vladimir Fekete 1955-ci ilde Bratislava yaxınlığındakı Xorvatski Qrob kəndində doğulub. 1979-cu ildə Bratislavada Komenski Universitetinin təbiət elmləri bitirib. 1981-ci ilde Don Boskonun Saleziyanları cəmiyyətinə gizlincə qoşuldu və 30 iyun 1983-cü ildə Berlində Volfqant Veyder tərəfindən keşiş kimi təqdis olundu.

1990-ci ildə Slovakiyada kommunist rejiminin süqutuna qədər geoloq kimi çalışıb. 1989-cu ildən sonra Levoçada Saleziyalı katolik tələbələrin cəmiyyətində direktor olub.

1993-1999-cı illərdə Slovak Saleziyanların vikarı kimi fəaliyyət göstərib.

1999-cı ildə Lüblin Katolik Universitetində teoloji dərəcəsini alıb. 1999-2005-ci illərdə Slovak Saleziyanların rəhbərliyinə geri qayıdıb. 2006-cı ildə Romada Papa yanında Saleziyan Universitetindəki didaktik təhsilini bitirib. 2006-2009-cu illərdə Saleziyan tələbələrin ustadı kimi fəaliyyət göstərib.

5 noyabr 2009-cu ildə Papa XVI Benedikt tərəfindən Katolik kilsəsinin Bakıdakı missiyasına baş keşiş kimi təyin edilib. 4 avqust 2011-ci il tarixindən etibarən Azərbaycan Həvari Prefektinin rəhbəri kimi çalışır.

2 oktyabr 2016-cı ildə Papa Fransiski Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində qarşılayıb. 8 dekabr 2017-ci ildə rütbəsi yepiskopluğa qaldırılıb.

11 sentyabr 2018-ci ildə təqdisetmə mərasimi keçirildi və Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager tərəfindən yepiskop kimi təsdiqlənib.

Həmidə İbrahimova

Seçilən
71
2
olke.az

3Mənbələr