AZ

Prezidentin təltif etdiyi Vladimir Fekete kimdir? DOSYE

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyev yepiskop Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib.

Ölkə.Az V.Feketenin dosyesini təqdim edir:

Vladimir Fekete 1955-ci ilde Bratislava yaxınlığındakı Xorvatski Qrob kəndində doğulub. 1979-cu ildə Bratislavada Komenski Universitetinin təbiət elmləri bitirib. 1981-ci ilde Don Boskonun Saleziyanları cəmiyyətinə gizlincə qoşuldu və 30 iyun 1983-cü ildə Berlində Volfqant Veyder tərəfindən keşiş kimi təqdis olundu.

1990-ci ildə Slovakiyada kommunist rejiminin süqutuna qədər geoloq kimi çalışıb. 1989-cu ildən sonra Levoçada Saleziyalı katolik tələbələrin cəmiyyətində direktor olub.

1993-1999-cı illərdə Slovak Saleziyanların vikarı kimi fəaliyyət göstərib.

1999-cı ildə Lüblin Katolik Universitetində teoloji dərəcəsini alıb. 1999-2005-ci illərdə Slovak Saleziyanların rəhbərliyinə geri qayıdıb. 2006-cı ildə Romada Papa yanında Saleziyan Universitetindəki didaktik təhsilini bitirib. 2006-2009-cu illərdə Saleziyan tələbələrin ustadı kimi fəaliyyət göstərib.

5 noyabr 2009-cu ildə Papa XVI Benedikt tərəfindən Katolik kilsəsinin Bakıdakı missiyasına baş keşiş kimi təyin edilib. 4 avqust 2011-ci il tarixindən etibarən Azərbaycan Həvari Prefektinin rəhbəri kimi çalışır.

2 oktyabr 2016-cı ildə Papa Fransiski Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində qarşılayıb. 8 dekabr 2017-ci ildə rütbəsi yepiskopluğa qaldırılıb.

11 sentyabr 2018-ci ildə təqdisetmə mərasimi keçirilib və Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager tərəfindən yepiskop kimi təsdiqlənib.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
2
olke.az

3Mənbələr