AZ

İlham Əliyevin orden verdiyi Vladimir Fekete kimdir? - DOSYE

İlham Əliyevin orden verdiyi Vladimir Fekete kimdir? - DOSYEXəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Feketeni "Dostluq" ordeni ilə təltif edib. Dövlət başçısının imzaladığı sənəddə qeyd edilib ki, V.Fekete Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilir.

Qaynarinfo xəbər verir ki, Vladimir Fekete 1955-ci ilde Bratislava yaxınlığındakı Xorvatski Qrob kəndində doğulub. 1979-cu ildə Bratislavada Komenski Universitetinin təbiət elmləri bitirib. 1981-ci ilde Don Boskonun Saleziyanları cəmiyyətinə gizlincə qoşulub və 30 iyun 1983-cü ildə Berlində Volfqant Veyder tərəfindən keşiş kimi təqdis olunub.

1990-ci ildə Slovakiyada kommunist rejiminin süqutuna qədər geoloq kimi çalışıb. 1989-cu ildən sonra Levoçada Saleziyalı katolik tələbələrin cəmiyyətində direktor olub. 1993-1999-cı illərdə Slovak Saleziyanların vikarı kimi fəaliyyət göstərib. 1999-cı ildə Lüblin Katolik Universitetində teoloji dərəcəsini alıb. 1999-2005-ci illərdə Slovak Saleziyanların rəhbərliyinə geri qayıdıb. 2006-cı ildə Romada Papa yanında Saleziyan Universitetindəki didaktik təhsilini bitirib. 2006-2009-cu illərdə Saleziyan tələbələrin ustadı kimi fəaliyyət göstərib.

5 noyabr 2009-cu ildə Papa XVI Benedikt tərəfindən Katolik kilsəsinin Bakıdakı missiyasına baş keşiş kimi təyin edilib. 4 avqust 2011-ci il tarixindən etibarən Azərbaycan Həvari Prefektinin rəhbəri kimi çalışır. 2 oktyabr 2016-cı ildə Papa Fransiski Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsində qarşılayıb. 8 dekabr 2017-ci ildə rütbəsi yepiskopluğa qaldırılıb. 11 sentyabr 2018-ci ildə təqdisetmə mərasimi keçirilib və Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager tərəfindən yepiskop kimi təsdiqlənib.

Sabah onun 70 yaşı tamam olur.

Seçilən
66
2
sonxeber.az

3Mənbələr