AZ

Paşinyan Putinlə Vaşinqton razılaşmasını müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan hökümətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan avqustun 8-də Vaşinqtonda aparılmış danışıqların nəticələrini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin paraflanması, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət, ATƏT-in Minsk Qrupunun regional kommunikasiya mexanizmləri çərçivəsində blokların açılması prinsiplərini Putinə təqdim edib.

Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması təkcə Ermənistan və Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün yeni imkanlar açır. 

Məlumata görə, Putin və Paşinyan fəal təmasları və siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
78
50
missiya.az

10Mənbələr