AZ

Azərbaycan dünya çempionatında 23 güləşçi ilə təmsil olunacaq

Bakı. Trend:

Azərbaycanın güləş yığmalarının Bolqarıstanın Samokov şəhərindəkeçiriləcək U-20 dünya çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, “Samokov Arena”da təşkilediləcək mundialda ölkəmizi ümumilikdə 23 güləşçi təmsiledəcək.

Yarışın ilk günlərində sərbəst güləşçilər xalçaya çıxacaqlar.Vasif Bağırov (57 kiloqram), Fərhad Hacıyev (61 kiloqram), AğaQasımov (65 kiloqram), Nurlan Ağazadə (70 kiloqram kq), AğanəzərNovruzov (74 kiloqram), Muradxan Omarov (79 kiloqram), TəbrizBayramov (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Rəvan Musayev(97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) medal qazanmağaçalışacaqlar.

Daha sonra qadın güləşində Günay Qurbanova (59 kiloqram),Ruzanna Məmmədova (62 kiloqram) və Zəhra Kərimzadə (72 kiloqram)mübarizəyə qoşulacaqlar.

Dünya çempionatının son günlərində estafet yunan-Romagüləşçilərinə keçəcək. Burada Turan Daşdəmirov (55 kiloqram), AyxanCavadov (60 kiloqram), Tural Əhmədov (63 kiloqram), FəraimMustafayev (67 kiloqram), Seymur Qasımov (72 kiloqram), DavudMəmmədov (77 kiloqram), Elmin Əliyev (82 kiloqram), Orxan Hacıyev(87 kiloqram), İsmayıl Rzayev (97 kiloqram) və Məzaim Mərdanov (130kiloqram) güclərini yoxlayacaqlar.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

Avqustun 17-dən 24-dək təşkil olunacaq yarışda I dərəcəlihakimlər – Kamran Əliyev və Bəşir İsazadə ədaləti qoruyacaqlar.

Seçilən
16
24
az.trend.az

10Mənbələr